19 noyabr 2023 22:58
363

Avro-2024: Belçika - Azərbaycan oyununda beş qol

Bu gün Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsində son oyuna çıxıb.

“İki sahil” xəbər verir ki, Brüsseldəki "Kinq Baudouin” stadionunda keçirilən oyunun 17-ci dəqiqəsində Romelu Lukaku  hesabı açıb.

24-cü dəqiqədə Eddi İsrafilovun qırımı vərəqə alaraq komandamızı azlıqda qoyduğu matçın 26-cı dəqiqəsində R.Lukaku özünün və Belçikanın ikinci qolunu vurub. O, qarşılaşmanın 30-cu dəqiqədəsində het-trikini gerçəkləşdirib.

Oyunda son nöqtəni 90-cı dəqiqədə Leandro Trossard qoyub – 5-0.

Avro-2024,

Seçmə mərhələ, 10-cu tur

19 noyabr

21:00 Belçika 5-0 Azərbaycan

Qollar: Romelu Lukaku, 17 (1-0), 26 (2-0), 30 (3-0), 37 (4-0), Leandro Trossard, 90 (5-0)

Qırmızı vərəqə: Eddi İsrafilov, 24

Baş hakim: Georg Boqar (Macarıstan)

Brüssel. "Kinq Baudouin”