19 noyabr 2023 22:26
285

ABL: “Sabah” qələbə qazandı

“Sabah” Azərbaycan Basketbol Liqasının IV turunun bağlanış oyununda asan qələbə qazanıb.

“İki sahil” xəbər verir ki, son çempion “Sərhədçi”ni üstələyib.

Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan görüşdə “Sabah” rəqibini 112:89 hesabı ilə məğlub edib.

Ən məhsuldar basketbolçular “Sabah”da Kivon Devenport (28 xal, 8 ribaund), “Sərhədçi”də isə Cekson Rid (22 xal, 7 assist) olub.

Qeyd edək ki, V turun oyunları (“Sərhədçi” – “Gəncə”, “Xırdalan” – NTD-INDIGO, “Cəlilabad” – “Sumqayıt”, “Neftçi” – “Sabah”, “Şəki” – “Xəzri”) 23-26 noyabr tarixlərində baş tutacaq.