19 noyabr 2023 14:55
319

Minifutbol üzrə növbəti Avropa çempionatının yeri müəyyənləşib

Minifutbol üzrə növbəti Avropa çempionatının yeri müəyyənləşib.

“İki sahil” xəbər verir ki, qitə birinciliyi 2024-cü ildə Bosniya və Herseqovinada təşkil olunacaq.

Paytaxt Sarayevoda keçiriləcək turnir 1-9 iyun tarixlərində olacaq.

Qeyd edək ki, 2022-ci ildə Slovakiyada keçirilən son Avropa çempionatının qalibi Azərbaycan millisidir.