19 noyabr 2023 10:35
304

Mbappe onları geridə qoydu

Avro-2024-ün seçmə mərhələsində Cəbəllütariqlə matç Fransa yığmasının hücumçusu Kilian Mbappe üçün əlamətdar olub.

“İki sahil” xəbər verir ki, o, görüşdə (14:0) het-trik etməklə karyerasında 300-cü qolunu vurub.

Mbappe bunu 24 yaşında bacarıb. Lionel Messi, Kriştiano Ronaldo və Neymar 300 ql həddinə 25 yaşına çatıblar.

Kilian həm də milli komandanın heyətində 46-cı qolunu vurub və komandanın bombardirləri siyahısında 3-cü yerə yüksəlib. O, Antuan Qrizmannı qabaqlayıb(44).