18 noyabr 2023 23:06
490

"Neftçi" "Zenit"ə qalib gəldi - YENİLƏNİB

Bu gün "Neftçi" Rusiyanın “Zenit” klubu ilə qarşılaşıb.

“İki sahil” xəbər verir ki, qarşılaşmanın 9-cu dəqiqəsində Reziuan Mirzov hesabı açıb. 56-cı dəqiqəsində Du Keyros hesabı bərabərləşdirsə də 62-ci dəqiqədə Reziuan Mirzov dubl edərək "Neftçi"ni yenidən hesabda önə çıxarıb – 2-1.

Qeyd edək ki, bu komandalar Rusiyada mövsümöncəsi beynəlxalq turnirdə üz-üzə gəliblər və "Zenit" qələbə qazanıb - 3:1.

Yoxlama oyunu,

18 noyabr

21:00. "Neftçi" 2-1 "Zenit"

Qollar: Reziuan Mirzov, 9 (1:0), Du Keyros, 56 (1:1), Reziuan Mirzov, 62 (2:1)

"Neftçi Arena"

***

Bakıda “Neftçi” ilə Rusiyanın “Zenit” klubu arasında keçirilən yoxlama görüşündə birinci hissə başa çatıb.

“İki sahil” xəbər verir ki, “Neftçi Arena”da keçirilən qarşılaşmada komandalar fasiləyə yollanıblar.

Hazırda “Neftçi” Reziuan Mirzovun qolu sayəsində 1:0 hesabı ilə öndədir.