18 noyabr 2023 15:15
852

Biləsuvarda Hind toyuğu Festivalı keçiriləcək!

25 noyabr 2023-cü il tarixdə saat 10:00-dan başlayaraq Biləsuvar şəhərindəki Mərkəzi Parkda Biləsuvar Rayon İcra Hakimiyyətinin və "Azeri Home Chef" şirkətinin təşkilatçılığı ilə möhtəşəm Hind toyuğu Festivalı keçiriləcəkdir.

“İki sahil” xəbər verir ki, artıq üçüncü ildir ki, keçirilən Festivalda, Cənub bölgəsinin folkloru ilə tanışlıq və  həvəskar aşpazların öz bacarıqlarını nümayiş etdirəcəyi, məşhur münsiflər heyətinin isə ən yaxşıları seçəcəyi “Yummy Turkey” adlı kulinariya müsabiqəsi keçiriləcək. Tədbirdə yerli və paytaxt brendləri, yeməklərin dequstasiyası, əyləncə musiqili proqram, məşhur aşpazlardan ustad dərsləri, “Mən rəsm çəkirəm” adlı ən yaxşı rəsm müsabiqəsi, nərd çempionatı, müxtəlif idman yarışları və yerli kənd məhsullarından ibarət satış yarmarkası təşkil ediləcəkdir.

25 noyabrda Biləsuvar Mərkəzi Parkında keçiriləcək Hind toyuğu Festivalının möhtəşəm şənliyində həmişə olduğu kimi bu il də, Azərbaycanın müxtəlif bölgələrindən olan yerli və xarici qonaqlar iştirak edəcəkdir.