18 noyabr 2023 09:38
293

"Neftçi" "Zenit"ə qarşı

"Neftçi" milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edərək bu gün yoxlama oyunu keçirəcək.

“İki sahil” xəbər verir ki, paytaxt təmsilçisi Bakıda "Zenit"i qəbul edəcək. "Neftçi Arena"da keçiriləcək matç saat 21:00-da başlayacaq.

Qeyd edək ki, bu komandalar Rusiyada mövsümöncəsi "Matç TV" turnirdə üz-üzə gəliblər və "Zenit" qələbə qazanıb - 3:1.

Yoldaşlıq oyunu,

18 noyabr

21:00. "Neftçi" - "Zenit"

"Neftçi Arena"