17 noyabr 2023 22:41
346

Vinisius Junior Braziliya - Argentina matçını kənardan izləyəcək

Braziliya millisinin və “Real Madrid”in cinah oyunçusu Vinisius Junior DÇ-2026-nın seçmə mərhələsində Kolumbiya ilə son matçda (2:1) zədə alıb.

“İki sahil” xəbər verir ki, futbolçu Braziliyada lazımi tibbi müayinədən keçəcək. Onun nəticələri “Real Madrid”ə göndəriləcək və ispan həkimlər Vinisiusun sonrakı taleyi barədə qərar verəcəklər.

Lakin çox güman ki, braziliyalı Madridə qayıdacaq və orada yerli mütəxəssislərinin nəzarəti altında bərpa prosesi keçəcək. Bu isə o deməkdir ki, futbolçu noyabrın 22-də DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində baş tutacaq Braziliya - Argentina matçında iştirak edə bilməyəcək.