Çili millisinin baş məşqçisi Eduardo Berisso vəzifəsindən istefa verib.
“İki sahil” xəbər verir ki, onun komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Paraqvayla heç heçə edib - 0:0. Görüşdən sonra mətbuat konfransında 54 yaşlı mütəxəssis istefasını açıqlayıb.
Qeyd edək ki, Berisso 2022-ci ilin may ayından Çili yığmasının baş məşqçisi idi. Argentinalı mütəxəssisin rəhbərliyi altında Çili DÇ-2026-nın seçmə mərhələsində 5 oyundan sonra 5 xal toplayaraq turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Ümumilikdə yığma Berisso ilə 16 oyun keçirib, 4 dəfə qalib gəlib, 5 dəfə heç-heçə edib.