Bu gün Avro-2024-ün seçmə mərhələsində 9-cu turun matçları keçiriləcək.
“İki sahil” xəbər verir ki, ilk oyun günündə 9 görüş oynanılacaq.
Bu gün iki komanda final mərhələsinə vəsiqəni rəsmiləşdirə bilər. Slovakiya İslandiya ilə görüşdə 1 xal qazansa, artıq növbəti mərhələdə iştirakını dəqiqləşdirəcək.
Monteneqro Litvaya uduzsa, şanslarını itirəcək. Bu təqdirdə Serbiyan ən azı ikinci yerin sahibi kimi AÇ-2024-də vəsiqə qazanacaq.
Qeyd edək ki, Fransa, Türkiyə, İngiltərə, İspaniya, Şotlandiya, Belçika, Macarıstan, Portuqaliya və Avstriya artıq final mərhələsinə vəsiqə qazanıblar.
21:00. Bolqarıstan - Macarıstan
21:00. Azərbaycan - İsveç
21:00. Kipr - İspaniya
21:00. Estoniya - Avstriya
21:00. Gürcüstan - Şotlandiya
23:45. Slovakiya - İslandiya
23:45. Monteneqro - Litva
23:45. Lüksemburq - Bosniya və Herseqovina
23:45. Lixtenşteyn - Portuqaliya.
Xatırladaq ki, Avro-2024-ün final hissəsi Almaniyada keçiriləcək. Turnirin oyunlarına 10 şəhərin 10 stadionu ev sahibliyi edəcək. Avropa çempionatının hazırkı qalibi Londonun “Uembli” stadionunda Avro-2020-nin finalında İngiltərə millisini məğlub edən İtaliya komandasıdır. Həmin finalın taleyi penaltilər seriyasında həll olunmuşdu.