Moskvada həvəskarlar arasında keçirilən oyun zamanı yaşlı hokkeyçi ölüb.
“İki sahil” xəbər verir ki, ilkin məlumata görə, “Armata” klubunun 61 yaşlı hücumçusu Mixail Yançişin “Favorit”lə oyunda huşunu itirib.
Həkimlər gələnə qədər kişiyə ilkin tibbi yardım göstərməyə çalışıblar. Daha sonra o, reanimasiyaya aparılıb və orada ölüb.
Hazırda həkimlər ölümün səbəbini müəyyənləşdirirlər.
Bakıda FIFA U-15 dünya çempionatının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib
Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib - Yenilənib