"Bavariya"nın hücumçusu Harri Keyn yeni rekorda imza atıb.
"İki sahil" Britaniya mətbuatına istinadən xəbər verir ki, o, bunu Avro-2024-ün seçmə mərhələsində İtaliyaya qarşı ev matçında dubl etməklə bacarıb. 30 yaşlı hücumçu İngiltərə yığması ilə ev oyunlarında vurduğu qolların sayını 24-ə çatdırıb. Bu da İngiltərə millisi üçün yeni rekord deməkdir.
Londonun "Uembli" stadionunda keçirilən İngiltərə - İtaliya matçında qol vuraraq, yeni qol rekorduna imza atıb.
Əvvəllər "Uembli"də vurulan qolların sayına görə rekord "Mançester Yunayted"dəki oyunu ilə tanınan əfsanəvi Bobbi Çarltona məxsus idi - 23 qol.
Xatırladaq ki, “Tottenhem”in yetirməsi olan Harri Keyn ötən yay “Bavariya”ya keçib. Bu günə kimi 30 yaşlı hücumçu Bundesliqada 7 matçda 8 qol vurub və 4 üolun ötürməsini verib.