18 oktyabr 2023 12:52
309

Azərbaycanlı futbolçu Türkiyədə əməliyyat olundu

"Səbail"in futbolçusu Cabir Əmirli əməliyyat olunub.

“İki sahil” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 26 yaşlı müdafiəçi ayaq nahiyəsindən Türkiyədə əməliyyat olunub.

Qeyd edək ki, C.Əmirli 2021-ci ilin yayından paytaxt klubunda oynayır. O, bu mövsüm Premyer Liqada 9 matçda meydana çıxıb.