18 oktyabr 2023 10:14
335

“Sabah” FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk oyununa çıxacaq

“Sabah” basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə bu gün ilk oyununa çıxacaq.

“İki sahil” xəbər verir ki, Azərbaycan çempionu Monteneqro təmsilçisi “Mornar”ın qonağı olacaq.

Bar şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

FIBA Avropa Kuboku
D qrupu, I tur
18 oktyabr

21:00. “Mornar” (Monteneqro) – “Sabah” (Azərbaycan)
Bar. Topolika İdman Zalı