17 oktyabr 2023 22:15
307

Qazaxıstan millisi Finlandiyaya qalib gəldi - AVRO-2024

Bu axşam AVRO-2024-ün seçmə mərhələsinin VIII turuna yekun vurulacaq.

“İki sahil” xəbər verir ki, turun son oyun günündə üç qrupda keçirilməli olan yeddi qarşılaşmadan biri artıq başa çatıb.

H qrupunda bu oyunadək xalları bərabər (12) olan iki komanda - Finlandiya və Qazaxıstan milliləri üz-üzə gəlib.

Qarşılaşmada hesabı açan tərəf ev sahibləri olsalar da, qonaqlar geridönüş etməyi və səfərdə vacib 3 xalı qazanmağı bacarıblar - 1:2. 

Bu nəticədən sonra Qazaxıstan yığması 15 xalla 3-cü, Finlandiya seçməsi isə 12 xalla 4-cü yerdə qərarlaşıb və növbəti məhrələyə çıxış ümidlərini itirib. Qrupa hərəsi 16 xala malik Sloveniya və Danimarka komandaları başçılıq edirlər.