16 oktyabr 2023 21:53
539

Azərbaycan millisi Avstriyaya uduzub, rəqib final mərhələsinə yüksəlib - YENİLƏNİB

Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.

“İki sahil” xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Bakıda Avstriya seçməsini qəbul edin.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma qonaqların qələbəsi ilə bitib - 1:0.

Rəqibin heyətində 48-ci dəqiqədə Marsel Sabitzer penaltidən fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran Avstriya final mərhələsinə vəsiqəni təmin edib. Azərbaycan yığması isə 6 matçdan sonra 4 xalla 4-cü pillədə qərarlaşıb.

*****************************************

21:04

Azərbaycan və Avstriya milliləri arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda ilk qol vurulub.

“İki sahil” xəbər verir ki, 48-ci dəqiqədə qonaqlar hesabı açıblar.

Rəqibin heyətində Marsel Sabitzer fərqlənib.

****************************************

21:04

Azərbaycan və Avstriya milliləri arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda ikinci hissə başlayıb.

“İki sahil” xəbər verir ki, hələlik görüşdə hesab açılmayıb.

***********************************

20:50

Azərbaycan və Avstriya milliləri arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda birinci hissə başa çatıb.

“İki sahil” xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

***************************************

20:02

Azərbaycan və Avstriya milli komandaları arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyunu başlayıb.

“İki sahil” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürüb.

Görüşü yunanıstanlı Aristotelis Diamantopulosun rəhbərlik etdiyi yunanıstanlı hakimlər briqadası idarə edirlər.

F qrupunun digər matçında qitə birinciliyinin final mərhələsinə vəsiqəni təmin etmiş Belçika İsveçi qəbul edəcək.

Qeyd edək ki, qrupda 6 oyundan sonra Belçika 16 xalla liderdir. Avstriya 13 xalla ikinci, beş matç keçirmiş İsveç 6 xalla üçüncü, Azərbaycan 4 xalla 4-cü sıradadır. Bir xalı olan Estoniya isə sonuncu pillədə qərarlaşıb.