16 oktyabr 2023 17:48
322

Millimiz Avstriyaya qarşı

Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq.

“İki sahil” xəbər verir ki, Canni de Byazinin yetirmələri AVRO-2024-ün seçmə mərhələsində Avstriya ilə üz-üzə gələcək.

VIII turun F qrupundakı matçı Bakıda baş tutacaq. Uzun fasilədən sonra Tofiq Bəhramov adına Respublika stadionuna qayıdan milli azarkeşlərini sevindirmək üçün meydana çıxacaq.

Komandamız qalib gəlsə, qələbə seriyasını 3-ə çatdıracaq. İordaniya ilə yoldaşlıq görüşündə 2:1 hesabına sevinən yığmamız ardınca Estoniyanı seçmə oyununda 2 cavabsız qolla üstələyib.

Millimiz Avstriya ilə görüşdə 3 xal qazansa, ən azı bir neçə saatlıq 3-cü sıraya yüksələcək. Komandamızın üçüncü pillədə qalması üçün İsveç turu xalsız başa vurmalıdır.

Qeyd edək ki, qrupun digər matçında Belçika İsveçi qəbul edəcək.

AVRO-2024-ün seçmə mərhələsi

F qrupu, VIII tur

16 oktyabr

20:00. Azərbaycan - Avstriya

Baş hakim: Aristotelis Diamantopulos (Yunanıstan)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu