16 oktyabr 2023 17:38
362

İspan futbolçunun cəsədi tapıldı

İspaniyanın “Kordoba” klubunun 18 yaşlı futbolçusu Alvaro Prietonun cəsədi tapılıb. 

“İki sahil” xəbər verir ki, bir neçə gün əvvəl itkin düşən gənc oyunçunun cansız bədəni aşkarlanıb. Bu barədə yerli AS nəşri məlumat yayıb.

Cəsəd Sevilya şəhərinin Santa-Xusta stansiyasında, körpünün altındakı iki vaqon arasında tapılıb.