16 oktyabr 2023 15:40
365

Azərbaycan hakimləri UEFA-dan təyinat alıblar

Azərbaycanın FIFA referisi Elçin Məsiyev və FIFA referisi köməkçisi Vüsal Məmmədov UEFA-dan təyinat alıblar.

"İki sahil" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, onlar 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 11-ci qrupundakı matçlarda iş başında olacaqlar.

İtaliya, Yunanıstan, Şimali İrlandiya və San Marino yığmalarının mübarizə aparacağı qrupun oyunları oktyabrın 25-31-i aralığında İtaliyada keçiriləcək.