16 oktyabr 2023 13:41
341

"Yuventus" onunla razılaşdı

"Yuventus" müdafiəçisi Federiko Qatti ilə müqaviləsini uzatmağa hazırlaşır.

“İki sahil” xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Turin təmsilçisi 25 yaşlı futbolçu ilə 2028-ci ilə qədər müddəti olan yeni sözləşmə imzalayacaq.  Tərəflər artır razılıq əldə ediblər.

Xatırladaq ki, Qatti 2022-ci ilin yayından “Yuventus”da oynayır. Bu müddət ərzində o, bütün turnirlərdə 33 qarşılaşmada iştirak edib və 3 qol vurub.