16 oktyabr 2023 10:51
354

Komandamız Türkiyədə 3-cü oldu

XI Erk Çelik Halat Bodrum Beynəlxalq Optimist Yarışlarında (Erk Çelik Halat BIOR) komandamız 7 ölkə arasında III olub.

“İki sahil” xəbər verir ki, Azərbaycan Yelkən Federasiyasının Optimist sinifi üzrə qatılan idmançılarımızdan Davud Babazadə və Nərgiz Məmmədova yarışlarda uğurlu nəticə göstərdiyi üçün komandamız III yerə layiq görülüb.

Qeyd edək ki, Azərbaycan Yelkən Federasiyasını Optimist sinifi komandası üzvləri Nəzrin Məmmədova, Emel Məmmədli, Nərgiz Məmmədova, Kamal Bəşirli, Davud Babazadə, Furkan Mustafayev və məşqçi Yasin Çakır təmsil edib.