16 oktyabr 2023 09:00
331

Millimiz Avstriyaya qarşı

Azərbaycan millisi bu gün Avro-2024-ün seçmə mərhələsində 6-cı oyununa çıxacaq.

“İki sahil” xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda Avstriyanı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq matç saat 20:00-da başlayacaq. Bu komandalar arasında ilk görüşdə Avstriya 4:1 hesabı ilə qalib gəlib.

Azərbayca millisi oktyabrın 13-ü keçirilən 5-ci oyununda səfərdə Estoniyanı 2:0 hesabı ilə məğlub edib. Bu, komandanın Avro-2024-ün seçmə mərhələsində ilk qalibiyyəti olub.

Qrupun digər matçında Belçika evdə İsveçlə qarşılaşacaq.

Qeyd edək ki, Avstriya turnir cədvəlində 13 xalla (6 oyun) 2-ci, Azərbaycan 4 xalla (5 oyun) 5-cidir. 

Avro-2024-ün seçmə mərhələsi,

6-cı tur

16 oktyabr

20:00. Azərbaycan - Avstriya

Baş hakim:  Aristotel Diamantopulosd (Yunanıstan)

Tofiq Bəhramov adına Respublika stadionu