Bu gün Avro-2024-ün seçmə mərhələsində 8-ci tura start veriləcək.
“İki sahil” xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 oyun keçiriləcək.
D qrupunun lideri Türkiyə millisi öz meydanında autsayder Latviya ilə qarşılaşacaq. "Ay-ulduzlular" qalib gələcəyi halda son turun nəticəsindən asılı olmayaraq Avro-2024-ün final mərhələsində vəsiqə qazanacaq.
Bu qrupun digər oyununda Xorvatiya Uelsin qonağı olacaq.
Xatırladaq ki, İ qrupunda bu gün keçirilməli olan İsrail - Kosovo matçı təxirə salınıb. İsraillə Fələstin arasında gedən müharibəyə görə UEFA bu qərarı verib.
A qrupu
17:00.Gürcüstan - Kipr - 4:0
Qollar: Kiteişvili, Kvartsxeliya, Şengeliya, Mikautadze, 90+5-pen.
22:45.Norveç - İspaniya - 0:1
Qol: Qavi, 49
D qrupu
22:45 Türkiyə - Latviya - 4:0
Qol: Akgün, 58, Tosun, 84, 90+2, Aktürkoğlu, 88,
22:45 Uels - Xorvatiya - 2:1
Qollar: Vilson, 47 (1:0), 60 (2:0), Paşaliç, 75 (2:1)
E qrupu
20:00.Çexiya - Farer adaları - 1:0
Qol: Souçek, 76-pen.
22:45.Polşa - Moldova - 1:1
Qollar: Nikolesku, 26 (0:1), Sviderski, 53 (1:1)
İ qrupu
20:00.İsveçrə - Belarus - 3:3
Qollar: Şaqiri, 28 (1:0), Ebonq, 61 (1:1), Polyakov, 69 (1:2), Antilevski, 84 (1:3), Akanji, 89 (2:3), Amdouni, 90 (3:3)
22:45.Rumıniya - Andorra - 4:0
Qollar: Stanku, 23, Haqi, 28, Marin, 44-pen. Koman, 50