15 oktyabr 2023 17:13
381

AVRO-2024: Türkiyə millisi bu gün final mərhələsinə vəsiqə qazana bilər

AVRO-2024-ün seçmə mərhələsində bu gün VIII tura start veriləcək.

“İki sahil” xəbər verir ki, D qrupunda Türkiyə seçməsi bu tur final mərhələsinə vəsiqəni təmin edə bilər. "Ay-ulduzlular" Konyada Latviyanı məğlub etsə, qrupdakı digər matçların nəticəsindən asılı olmayaraq, Avropa çempionatında iştirak hüququ qazanacaq.

Türkiyə - Latviya matçı saat 22:45 başlayacaq.