15 oktyabr 2023 17:06
402

İspaniya klubunun üzvü itkin düşdü

İspaniyanın “Kordoba” klubunun 18 yaşlı futbolçusu Alvaro Prieto itkin düşüb.

“İki sahil” "Marca"ya istinadən xəbər verir ki, futbolçudan 3 gündür xəbər yoxdur.

Polis axtarışlara başlayıb. İspaniyalı futbolçunun anası oğlunu girov götürülmə ehtimalının olduğunu deyib.