15 oktyabr 2023 15:51
349

"Reyncers" ona tapşırıldı

"Reyncers"in yeni baş məşqçisi müəyyənləşib. 

“İki sahil” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı Filipp Klement çalışdıracaq.

Onunla 4 illik müqavilə imzalanıb.

Bu ilin iyun ayında "Monako"dan ayrılan belçikalı mütəxəssis "Brügge", "Vaasland-Beveren", "Genk" klublarını da çalışdırıb.

Qeyd edək ki, “Reyncers” Şotlandiya çempionatının turnir cədvəlində 2-ci yerdədir.