19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.
“İki sahil” xəbər verir ki, yığma Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Daşkənddəki "Dostluq" stadionunda keçirilən görüşdə Azərbaycanın U-19 millisi 0:3 hesabı ilə uduzub.
Qey edək ki, bu komandalar oktyabrın 16-da yenidən üz-üzə gələcəklər.