14 oktyabr 2023 17:17
431

TFF prezidenti: Azərbaycanda pul yoxdur

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti  Mehmet  Büyükekşi Türkiyə Superkubokunun Azərbaycanda keçirilmək perspektivindən danışıb.

“İki sahil” "Fanatik" ə istinadən xəbər verir ki, o, jurnalistlərə açıqlamasında deyib:

"Azərbaycan deyir ki, Superkubok oyununu bizdə keçirin, amma orada pul yoxdur. Səudiyyə Ərəbistanı təxminən 120 milyon dollar ödəməklə dünya ulduzlarını ölkəsinə köçürür. Superkubokun Səudiyyə Ərəbistanında təşkili türk futbolunun imici üçün faydalı olacaq. Danışıqlarımız davam edir".