14 oktyabr 2023 10:06
431

Azərbaycanın həndbol millisi seçmə mərhələdə növbəti oyununu keçirəcək

Qadın həndbolçulardan ibarət Azərbaycan millisi 2024-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

“İki sahil” xəbər verir ki, yığma İspaniyanı qəbul edəcək.

Bakı İdman Sarayında gerçəkləşəcək qarşılaşma saat 17:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi ilk görüşdə səfərdə Şimali Makedoniyaya 17:49 hesabı ilə uduzub. İspaniya isə Litvanı 47:14 hesabı ilə üstələyib.