Futbol üzrə Azərbaycan milli komandası “Avro-2024”ün seçmə mərhələsində növbəti oyununu keçirib.
Yığmamış F qrupundakı beşinci matçında Estoniya seçməsinin qonağı olub. Tallindəki “Le Kok Arena”da oynanılan qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə ediblər.
Görüş Azərbaycan millisinin inamlı qələbəsi ilə başa çatıb - 2:0. Hesabı 9-cu dəqiqədə Toral Bayramov açıb. İlk hissənin əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə Ramil Şeydayev penaltini dəqiq yerinə yetirərək yekun hesabı müəyyənləşdirib.
Bu nəticədən sonra xallarını 4-də yüksəldən Azərbaycan yığması dördüncü pillədə qərarlaşıb. Bir xalı olan Estoniya millisi isə sonuncudur.
Komandaların Bakıdakı ilk görüşündə qalib müəyyənləşməmişdi – 1:1.
***
Estoniya və Azərbaycan milliləri arasında Tallində keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda ikinci qol vurulub.
“İki sahil” xəbər verir ki, millimiz yenidən rəqibi mərkəzə dəvət edib.
Bu dəfə Ramil Şeydayev fərqlənib. Hücumçu 45+4-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Millimiz səfərdə 2:0 hesabı ilə önə keçib.
*************************************
20:11
Estoniya və Azərbaycan milliləri arasında Tallində keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda hesab açılıb.
“İki sahil” xəbər verir ki, qonaq komanda 9-cu dəqiqədə fərqlənib.
Toral Bayramov dəqiq baş zərbəsi ilə ev sahiblərini mərkəzə dəvət edib.
Azərbaycan yığması hazırda 1:0 hesabı ilə öndədir.
***************************************************
20:02
Tallində Estoniya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin VII tur oyunu başlayıb.
“İki sahil” xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.
“A. Le Koq Arena”da keçirilən matçı almaniyalı Robert Şröder idarə edir.