Marko Verratti 11 il çıxış etdiyi PSJ-dən ayrılmasının səbəbini açıqlayıb.
"İki sahil" "Footbal İtalia"ya istinadən xəbər verir ki, italiyalı yarımmüdafiəçi Paris klubunun yeni baş məşqçisi Luis Enrike ilə danışdıqdan sonra bu qərara gəldiyini bildirib: "Lusi Enrike ilə danışdım və mənə onun planlarının bir hissəsi olmadığımı dedi. O, böyük məşqçidir, buna hörmət edirəm.
Enrike sadəcə mənə dəyişiklik etmək istədiyini dedi. Uzun illərdir PSJ-də olduğumu, yeniliyə ehtiyac yarandığını bildirdi. Mənim üçün hadisələr heç vaxt təsadüfən baş vermir".
Qeyd edək ki, 30 yaşlı futbolçu 2012-ci ildən PSJ-də oynayırdı. O, ötən ay Qətərin "Əl-Ərəbi" klubuna keçib.