13 oktyabr 2023 09:42
391

Estoniya - Azərbaycan matçı bu kanallarda

Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsində bu gün Estoniyanın qonağı olacaq.

“İki sahil” xəbər verir ki, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq matçı Azərbaycandan başqa, Rusiya və Türkiyə telekanalları da canlı yayımlayacaq.

Tallində keçiriləcək görüşü Azərbaycandan "CBC Sport", Rusiyadan "Matç TV", "Matç Premyer", Türkiyədən isə "S Sport 2" telekanallarında nümayiş olunacaq.