13 oktyabr 2023 08:55
359

Azərbaycan millisi Estoniyaya qarşı

Azərbaycan millisi bu gün Avro-2024-ün seçmə mərhələsində 7-ci tur oyununa çıxacaq.

“İki sahil” xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda səfərdə Estoniya ilə qarşılaşacaq. Tallində keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Azərbaycan Estoniya ilə Bakıdakı matçda 1:1 hesablı heç-heçə edib.

Qrupun digər oyununda Avstriya Belçikanı qəbul edəcək.

Azərbaycan millisi hazırda F qrupunda 1 xalla (4 oyun) 5-ci, Estoniya 1 xalla (5 oyun) 6-cıdır.

Avro-2024-ün seçmə mərhələsi,

13 oktyabr

20:00. Estoniya - Azərbaycan

Baş hakim: Xesus Xil Mansano (İspaniya)

22:45. Avstriya - Belçika