12 oktyabr 2023 17:45
335

Azərbaycan millisi Budapeştdə təlim-məşq toplanışına başlayıb

Azərbaycanın yunan-Roma güləşi üzrə U-17 millisi Macarıstanın paytaxtı Budapeştdə təlim-məşq toplanışına başlayıb.

Federasiyadan "İki sahil"ə verilən məlumata görə, oktyabrın 18-dək davam edəcək hazırlıq prosesində böyük məşqçi Taleh İsrafilov və məşqçi Elbrus Məmmədovun rəhbərliyi altında 12 yeniyetmə idmançı iştirak edir.

Bir neçə ölkənin komandasının qatıldığı birgə təlim-məşq toplanışına 100-dən artıq güləşçi cəlb olunub.

Qeyd edək ki, Azərbaycanın U-17 millisi bu il həm Avropa, həm də dünya çempionatında komanda hesabında ikinci yeri tutub.