12 oktyabr 2023 15:58
291

"Napoli"yə baş məşqçilik etməyi təklif etdi

"Real"ın sabiq baş məşqçisi Xulen Lopeteqi "Napoli"yə rəhbərlik etmək istəyir.

“İki sahil” xəbər verir ki, bu barədə "Cirriere dello Sport" məlumat yayb. O, komandanın hazırkı baş məşqçisi Rudi Qarsiyanı əvəzləməkdə israrlıdır.

Lopeteqi özü öz xidmətlərini klub rəhbərliyinə təklif edib. "Napoli" prezidenti Aurelio de Laurentis isə bu əməkdaşlığa o qədər də müsbət yanaşmır. 

Qeyd edək ki, Lopeteqinin son iş yeri avqustun əvvəlində tərk etdiyi "Vulverhempton" olub. O, bunadək "Sevilya", "Real", "Portu" və İspaniya millisini də çalışdırıb.