12 oktyabr 2023 14:55
305

"Trabzonspor" baş məşqçisini istefaya göndərdi

"Trabzonspor" baş məşqçisi Nenad Byelitsa ilə yolları ayırıb.

"İki sahil klubun saytına istinadən xəbər verir ki, mütəxəssislə müqavilə vaxtından əvvəl ləğv olunub. Onun bu mövsümün sonuna qədər maaşının ödəniləcəyi açıqlanıb.

Qeyd edək ki, Nenad Byelitsa bu ilin aprelindən Trabzon təmsilçisini çalışdrırdı. 52 yaşlı məşqçinin rəhbərliyi altında komanda meydana çıxdığı 16 matçın 8-də qalib gəlib, 8-də uduzub.

Xatırladaq ki, "Trabzonspor" Türkiyə Superliqasında 12 xalla 7-ci pillədə qərarlaşıb. Komanda lider "Fənərbaxça"dan 12 xal geri qalır.