"Bavariya"nın müdafiəçisi Dayot Upamekano zədələnib.
“İki sahil” xəbər verir ki, o, sol budundan zədə alıb. 24 yaşlı futbolçu bu səbəbdən 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Upamekanonun əvəzinə Fransa millisinə Aksel Disasi oktyabrda keçiriləcək oyunlar üçün çağırılıb.
Qeyd edək ki, Dayot bu mövsüm "Bavariya"nın heyətində 10 matçda meydana çıxıb.
Dünya çempionatı: Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq