"Barselona"nın və İspaniya millisinin futbolçusu Qavi zədlənib.
"İki sahil"ə İspaniya mətbuatına istinadən xəbər verir ki, o, millinin heyətində məşq zamanı sıradan çıxıb. Buna görə də yarımmüdafiəçi yığmanın düşərgəsini erkən tərk edib.19 yaşlı oyunçunun yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik məlum deyil.
Qeyd edək ki, İspaniya millisi növbəti matçlarını Şotlandiya (12 oktyabr) və Norveçə (15 oktyabr) qarşı keçirəcək. Hər iki görüş Avro-2024-ün seçmə mərhələsi çərçivəsində oynanılacaq.
Dünya çempionatı: Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq