11 oktyabr 2023 12:52
332

Azərbaycan şahmatçıları "Qatar Open"də mübarizə aparacaqlar

Azərbaycanın 5 şahmatçısı bu gün Qətərin paytaxtı Dohada start götürəcək beynəlxalq yarışda iştirak edəcək.

Azərbaycan Şahmat Federasiyasından "İki sahil"ə verilən məlumata görə, "Qatar Open"də Vüqar Rəsulov, Əhməd Əhmədzadə, Read Səmədov, Gülnar Məmmədova və Xanım Balacayeva mübarizə aparacaq.

Qeyd edək ki, 155 idmançının iştirak edəcəyi turnir İsveçrə sistemi üzrə keçiriləcək.

9 turdan ibarət yarışda Maqnus Karlsen (Norveç), Hikaru Nakamura (ABŞ) və Aniş Giri (Niderland) kimi tanınmış qrossmeysterlər də gücünü sınayacaq.

Yarışın mükafat fondu 110 min ABŞ dolları təşkil edir.