11 oktyabr 2023 08:47
322

Britaniya və İrlandiya Avro-2028 üçün böyük məbləğ alacaq

Böyük Britaniya və İrlandiya 2028-ci il Avropa çempionatına ev sahibliyi etdikləri üçün UEFA-dan əlavə üç milyard avro alacaqlar.

“İki sahil” xəbər verir ki, bu, 2012-ci il London Olimpiadasından sonra Britaniya adalarında keçiriləcək ən böyük idman tədbiri olacaq.

24 komandanın iştirak etdiyi turnir həmçinin 280 min azarkeşi cəlb edən Avro-1996-dan bəri Böyük Britaniyada ən böyük beynəlxalq futbol tədbiri olacaq.

2028-ci il Avropa çempionatında matçlar üçün təxminən üç milyon bilet satılacaq və stadionların orta tutumu 58 min nəfər olacaq.

Turnir üçün UEFA-nın təqdim etdiyi ərizəyə əsasən. İngiltərə 28, Uels, Şotlandiya və İrlandiya hərəyə altı, Şimali İrlandiya isə beş oyun keçirəcək.