10 oktyabr 2023 17:26
377

"Formula 1" məşhur şirkətlə müqavilənin müddətini uzadıb

"Formula 1" təkər tədarükçüsü "Pirelli" şirkəti ilə müqavilənin müddətini uzadıb.

"İki sahil" yarışın rəsmi "X" hesabına istinadən xəbər verir ki, yeni sözləşmə 2027-ci ilə qədər qüvvədə olacaq.

Müqavilə müddətinin daha bir il artırılması mümkündür.

Qeyd edək ki, "Pirelli" 2011-ci ildən "Formula 1" ilə əməkdaşlıq edir.