10 oktyabr 2023 16:13
330

Messi Səudiyyə Ərəbistanı klubuna icarəyə verilə bilər

"İnter Mayami"nin hücumçusu Lionel Messi Səudiyyə Ərəbistanı çempionatı klublarından birinə keçə bilər. 

“İki sahil” xəbər verir ki, bu barədə sport.es məlumat yayıb. Səudiyyə Ərəbistanı klublarındna biri argentinalı futbolçunu 2024-cü ilin fevral ayının sonuna qədər, MLS-də yeni mövsüm başlayana qədər icarəyə götürə bilər.

Xatırladaq ki, oktyabrın 8-də “İnter Mayami” “Cincinnati”yə uduzaraq (0:1) turnirin pley-off mərhələsinə çıxmaq şanslarını itirib. Buna görə də Messi uzun müddət istirahət edəcək.

Bu mövsüm Messi "İnter Mayami"nin heyətində 13 oyun keçirib, 11 qol vurub və 5 qolun ötürməsini verib.