10 oktyabr 2023 15:37
312

Gimnastlarımız Bolqarıstana yollanıblar

Akrobatika gimnastikası üzrə Azərbaycan yığması Bolqarıstana yollanıb.

“İki sahil” xəbər verir ki,  Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, idmançılar Varna şəhərində keçiriləcək 31-ci Avropa yaş qrupları yarışında çıxış edəcəklər.

Aysel Musayeva, Darya Pasmurnova, Fidan Mirzəyeva (12-18 yaş, qadın qrupu-1), Jasmin Əliyeva, Aylin Məmmədova və Ayan Hacılı (12-18 yaş, qadın qrupu-2) turnirdə qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, 31-ci Avropa yaş qrupları yarışı 12-15 oktyabr tarixlərində təşkil olunacaq.