10 oktyabr 2023 13:53
333

"Barselona"nın futbolçusu İspaniya millisini tərk etdi

"Barselona"nın və İspaniya millisinin hücumçusu Lamin Yamal zədə səbəbindən milli komandanı tərk etmək məcburiyyətində qalıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Daha əvvəl Kataloniya klubunun mətbuat xidməti 16 yaşlı futbolçunun zədəli olduğunu rəsmən təsdiqləsə də, onun həkimlərin nəzarəti altında əlavə tibbi müayinədən keçmək üçün İspaniya millisinə edəcəyini bildirmişdi. Lakin Yamalın dünən bu müayinədən keçdiyi və İspaniya millisinin Las Rosasdakı iqamətgahında gecələdikdən sonra yenidən Barselonaya getdiyi qeyd olunub.

Xatırladaq ki, La Liqanın bu mövsümündə ispaniyalı hücumçu 9 matçda iştirak edib, bir qol vurub və 1 qolun ötürməsini verib.