10 oktyabr 2023 12:39
315

"Şalke"də yeni baş məşqçi

"Şalke"nin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Komandaya Karel Herarts baş məşqçilik edəcək. Onunla 2025-ci ilin yayınadək müqavilə imzalanıb. 41 yaşlı mütəxəssis bu vəzifədə sentyabrın 27-də istefaya göndərilən Tomas Raysı əvəzləyib. 

Herarts məşqçilik fəaliyyətinə ötən il başlayıb. O, Belçika "Yunion"una baş məşqçilik edib.

Qeyd edək ki, "Şalke" 9 turdan sonra 2-ci Bundesliqanın turnir cədvəlində 16-cıdır.