10 oktyabr 2023 12:00
303

"Qarabağ" klubu haqqında filmin çəkilişləri başa çatıb

"Qarabağ" Futbol Klubu haqqında filmin çəkilişləri başa çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə III "Korkut Ata" Türk Dünyası Film Festivalı ilə əlaqədar keçirilən zirvə görüşündə məlumat verilib.

Qeyd olunub ki, "30 mövsüm səfərdə" adlanan film 4 hissədən ibarətdir.

Film Mədəniyyət Nazirliyi, "Salnaməfilm" və "Azərbaycanfilm"in ortaq layihəsidir.