10 oktyabr 2023 10:18
305

Məşhur basketbolçu karyerasını bitirir

Serbiyalı məşhur basketbolçu Nemanya Byelitsa karyerasını bitirmək qərarına gəlib.

“İki sahil” yerli "Telesport" nəşrinə istinadla xəbər verir ki, 35 yaşlı oyunçu zədələr səbəbindən bu addımı atıb.

Qeyd edək ki, Nemanya Byelitsa son olaraq ölkəsində “Srvena Zvezda”nın formasını geyinib. 2022-ci ilin yayında Türkiyəninn "Fənərbağça" klubuna keçən basketbolçu baldırından ciddi zədə aldığı üçün İstanbul təmsilçisinin heyətində bu ilin martında meydançaya çıxa bilib.

Milli Basketbol Assosiasiyasında (NBA) müxtəlif komandalarda da oynayan Byelitsa 2022-ci ildə "Qolden Steyt"lə çempion olub. O, Serbiya millisi ilə 2009-cu ildə Avropa, 2014-cü ildə isə dünya çempionatında gümüş medal qazanıb.