09 oktyabr 2023 11:29
305

"Barselona"nın futbolçusu La Liqanın tarixinə düşdü

"Barselona"nın futbolçusu Lamin Yamal La Liqanın tarixinə düşüb.

“İki sahil” xəbər verir ki, gənc hücumçu 9-cu turda "Qranada" ilə heç-heçə etdikləri (2:2) oyunda qol vurmaqla buna nail olub.

Birinci hissədə rəqib qapısına yol tapan oyunçu La Liqada qol vuran ən gənc oyunçu olub. "Qranada" ilə görüşdə o 16 yaş 87 günlük idi. 

Bundan əvvəlki rekord 2012-ci ilin avqustunda 16 yaş 98 günlük olarkən “Selta Viqo”ya qol vuran "Malaqa"nın futbolçusu Fabris Olinqaya məxsus idi.