"Sevilya" baş məşqçisi Xose Luis Mendilibarla yollarını ayırıb.
“İki sahil” xəbər verir ki, ispaniyalı mütəxəssisin müqaviləsinə xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mendilibar komandanın uğursuz çıxışına görə istefaya göndərilib.
"Sevilya" La Liqada 8 turdan sonra 8 xalla 14-cü sıradadır.
Qeyd edək ki, Mendilibar bu ilin mart ayında "Sevilya"nın baş məşqçisi təyin edilmişdi.
Dünya çempionatı: Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq