09 oktyabr 2023 08:24
323

“Ayaks” tarixinin ən pis mövsümünə start verib

Niderlandın "Ayaks" futbol klubu tarixində ən pis mövsümə start verib.

“İki sahil” xəbər verir ki, komanda bir gün əvvəl “Erediviziya”nın (Niderland futbol çempionatının ən yüksək divizionu - red.) VIII turunun ev oyununda "AZ Alkmaar"a 1:2 hesabı ilə uduzub.

Amsterdam klubu yeni mövsümün ilk 6 matçında 5 xal toplayıb – bu, Niderlandın ən titullu klubunun tarixində ən pis başlanğıcdır. Həmçinin, “Ayaks” ardıcıl 7 oyunda (3-ü Avropa Liqasında, 4-ü “Erediviziya”da) qələbə qazana bilməyib.

Bundan başqa, komanda 1999-cu ilin aprelindən sonra ilk dəfə ölkə çempionatında ardıcıl üç oyunda məğlub olub. 1999-cu ildəki antirekord 4 ardıcıl məğlubiyyət idi. Eyni zamanda “Ayaks” 2001-ci ilin noyabrından ilk dəfə Niderland çempionatında ardıcıl iki ev oyununda məğlub olub.

Moris Steynin yetirmələri Niderland çempionatının 6 turundan sonra 5 xal toplayaraq turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.